Azad edilmiş ərazilərdə 800-dək sakin üçün kiçik bizneslər qurulub
Azad edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə təxminən 800 nəfərə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər təqdim edilib. Bu aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələrində kiçik ailə biznesləri qurublar. Proqram çərçivəsində iştirakçılar əvvəlcə təlimlərdə iştirak edərək kiçik biznesin təşkili və idarə olunması bacarıqlarını öyrənir, sonra biznes planlarına uyğun aktivlər əldə edirlər.
url:
http://kepezfm.az/xeberler/azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-800-d%C9%99k-sakin-%C3%BC%C3%A7%C3%BCn-ki%C3%A7ik-biznesl%C9%99r-qurulub

