Azad edilmiş ərazilərdə 2 mindən çox ev və ictimai binada günəş panelləri qurulub
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 000-dən çox ev və ictimai binada damüstü günəş panelləri quraşdırılıb. Həmin günəş panellərinin gücü 7 000 kVt/saat-dan çoxdur.Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir.
url:
http://kepezfm.az/xeberler/azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-2-mind%C9%99n-%C3%A7ox-ev-v%C9%99-ictimai-binada-g%C3%BCn%C9%99%C5%9F-panell%C9%99ri-qurulub

