Azad edilmiş ərazilərə köçürülmüş xırdabuynuzlu heyvan və arı ailəsinin sayı açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu il yaylaq mövsümündə 250 minə yaxın başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb. Proses 5 minə yaxın heyvandarlıq və arıçılıq təsərrüfatını əhatə edib.Ən çox köç Kəlbəcər və Laçın rayonlarına həyata keçirilib. Bununla yanaşı, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına da arı ailələri yerləşdirilib.Nazirlikdən bildirilib ki, köç prosesi əvvəlcədən müəyyən edilmiş dislokasiya üzrə, təhlükəsizlik qaydalarına uyğun şəkildə təşkil olunub. Fermerlərə mina təhlükəsi və riskli ərazilərdə davranış qaydaları ilə bağlı təlimlər keçirilib.Mövsümi köç Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin “Köç” altmodulu vasitəsilə həyata keçirilib.
url:
http://kepezfm.az/xeberler/azad-edilmi%C5%9F-%C9%99razil%C9%99r%C9%99-k%C3%B6%C3%A7%C3%BCr%C3%BClm%C3%BC%C5%9F-x%C4%B1rdabuynuzlu-heyvan-v%C9%99-ar%C4%B1-ail%C9%99sinin-say%C4%B1-a%C3%A7%C4%B1qlan%C4%B1b

