Azərbaycanla Litva arasında Birgə Bəyannamə imzalanıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bəyannamə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsini, eləcə də bağlantıların inkişafını nəzərdə tutur.Qeyd edək ki, Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanda səfərdədir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanla-litva-aras%C4%B1nda-birg%C9%99-b%C9%99yannam%C9%99-imzalan%C4%B1b

