Azərbaycanlı aktrisa türkiyədə seriala çəkilir

Azərbaycanlı aktrisa türkiyədə seriala çəkilir

Azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyənin məşhur ulduzu Kaan Urgancıoğlu ilə "Gerçek olamaz" adlı yeni filmdə tərəf müqabili olacaq. Sonuncu dəfə "Diriliş Ərtoğrul" serialında güclü və döyüşçü qadın rolu ilə yadda qalan həmyerlimiz bu dəfə drammatik sevgi hekayəsində əsas rolu canlandıracaq. Filmin rejissoru Korhan Uğur və Könül Nağıyevadır. Dram janrında çəkilən ekran işinin təqdimat mərasimi bu ilin dekabr ayına planlaşdırılıb. Qeyd edək ki, ekran işi Leyla adlı gənc qızın faciəli həyat hekayəsindən bəhs edir.

Nurlana Abdullayeva

2019-06-25 15:23