Azərbaycanda uşaqlar arasında ən populyar sosial media platformaları müəyyənləşib

Azərbaycanda məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube", "WhatsApp" və "TikTok" qərarlaşır. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə uşaqların rəqəmsal mühitdə qorunması məsələsindən danışarkən bildirib ki, əsas məqsəd uşaqları inkişaf və öyrənmə imkanlarından məhrum etmədən real təhlükələrdən qoruyan təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Onun sözlərinə görə, sosial şəbəkələrdən nəzarətsiz istifadənin uşaqların psixoloji sağlamlığına təsirinin qarşısı alınmalıdır. Hicran Hüseynova əlavə edib ki, ölkədə rəqəmsal inkişaf prioritet istiqamətlərdən biridir.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-u%C5%9Faqlar-aras%C4%B1nda-%C9%99n-populyar-sosial-media-platformalar%C4%B1-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik