Azərbaycanda minatəmizləmə əməliyyatları üçün it alınacaq
Azərbaycanda minatəmizləmə əməliyyatlarına iki yeni minaaxtaran it cəlb olunacaq. İki minaaxtaran it xüsusi təlim və yoxlamalardan keçdikdən sonra ANAMA-nın əməliyyatlarında istifadə ediləcək. Layihənin məqsədi azad edilmiş ərazilərdə mina təhlükəsinin qarşısının alınması, həmçinin kənd təsərrüfatı və infrastruktur layihələrinin sürətləndirilməsidir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-minat%C9%99mizl%C9%99m%C9%99-%C9%99m%C9%99liyyatlar%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-it-al%C4%B1nacaq

