Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
Azərbaycanda ötən il 15 min 144 nəfərə ilk dəfə xərçəng diaqnozu qoyulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni qeydə alınan xəstələrin 6 min 787-si kişi, 8 min 357-si qadındır. Bu isə orta hesabla hər gün 41 nəfərdə bədxassəli yenitörəmənin aşkar olunması deməkdir. Ən çox qeydə alınan xərçəng növləri süd vəzisi, ağciyər və mədə xərçəngi olub. Ölkə üzrə qeydiyyatda olan onkoloji xəstələrin ümumi sayı isə 74 min nəfəri ötüb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-h%C9%99r-g%C3%BCn-41-n%C9%99f%C9%99r%C9%99-x%C9%99r%C3%A7%C9%99ng-diaqnozu-qoyulur

