Azərbaycanda həbsdə olan oğlunu azad etdirəcəyinə söz verdi: Gürcüstanda saxlanıldı
Gürcüstanda əvvəllər məhkum olunmuş şəxs Marneuli rayonunda yaşayan vətəndaşı aldadaraq ondan təxminən 7 min 179 manat alıb. O, vətəndaşın oğlunu Azərbaycandakı cəzaçəkmə müəssisəsindən nüfuzlu əlaqələri vasitəsilə azad etdirəcəyinə söz verib. Lakin vədini yerinə yetirməyərək pulu mənimsəyib.Faktla bağlı istintaq davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-h%C9%99bsd%C9%99-olan-o%C4%9Flunu-azad-etdir%C9%99c%C9%99yin%C9%99-s%C3%B6z-verdi-g%C3%BCrc%C3%BCstanda-saxlan%C4%B1ld%C4%B1

