Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana ekstradisiya olunub.Baş Prokurorluğun məlumatına görə, 1999-cu il təvəllüdlü Aqamuhammet Annaberdiyev Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətində təqsirləndirilir və beynəlxalq axtarışda olub.O, bu ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib,ekstradisiyası barədə qərar qəbul olunub.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-h%C9%99bs-edil%C9%99n-t%C3%BCrkm%C9%99nistan-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1-q%C4%B1r%C4%9F%C4%B1z%C4%B1stana-t%C9%99hvil-verilib

