Azərbaycanda elmə məlum olmayan qədim yaşayış məskəni aşkarlanıb
Cəlilabadın Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olan Oğlantəpə yaşayış məskəni aşkar edilib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası ərazidə kəşfiyyat tədqiqatları aparıb. İlkin araşdırmalar zamanı abidənin üst qatından Orta əsrlərə, əsas mədəni təbəqədən isə ilk tunc dövrünə aid saxsı və daş nümunələri aşkarlanıb. Arxeoloqlar bildiriblər ki, gələcək tədqiqatlar Muğan bölgəsində ilk tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə imkan verə bilər.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-elm%C9%99-m%C9%99lum-olmayan-q%C9%99dim-ya%C5%9Fay%C4%B1%C5%9F-m%C9%99sk%C9%99ni-a%C5%9Fkarlan%C4%B1b

