Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanır.Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirədə bildirib ki, alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması nəzərdə tutulur. Bunun üçün bir neçə zavodun yaradılması planlaşdırılır.Layihələr nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılması və Azərbaycanın ixrac potensialının genişləndirilməsi gözlənilir.Ölkədə mövcud yataqların ehtiyatları müasir geoloji üsullarla yenidən dəqiqləşdiriləcək. Geoloji kəşfiyyat işlərinə artıq başlanılıb.İlham Əliyev Azərbaycanın enerji sektorunda son 20 ildə görülən işlərin ölkənin enerji təhlükəsizliyini gücləndirdiyini də qeyd edib. Hazırda ölkədə qazlaşma səviyyəsi 96 faizdir və Azərbaycan 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir. Elektrik enerjisi üzrə yaradılmış potensialın hesabına gələcək illərdə ixracın genişləndirilməsi də planlaşdırılır.

