Azərbaycanda 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq
Azərbaycanda 2030-cu ilədək ümumi təhsil müəssisələrinin infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır.Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.Onun sözlərinə görə, son illərdə ölkədə 3 600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. Nəticədə 1,3 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. 2026–2027-ci tədris ilində 53 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılacaq. Həmçinin 35 modul məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. O bildirib ki, Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Füzuli və Xocavənddə yeni təhsil müəssisələrinin inşası və quruculuğu həyata keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-2030-cu-il%C9%99-q%C9%99d%C9%99r-%C3%BCmumi-t%C9%99hsild%C9%99-infrastruktur-probleml%C9%99ri-qalmayacaq

