Azərbaycanda 10 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dəmir Yollarına məxsus sərnişin qatarlarına 26 dəfə daş atılıb.Azərbaycan Dəmir Yollarından bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azdır.Faktlarla bağlı araşdırma aparılıb. Qurum əsasən azyaşlıların törətdiyi bu halların qarşısını almaq üçün valideynləri uşaqları maarifləndirməyə çağırıb. Qeyd olunub ki, qatarlara daş atmaq cinayət əməlidir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-10-ayda-h%C9%99r%C9%99k%C9%99td%C9%99-olan-s%C9%99rni%C5%9F-qatarlar%C4%B1na-26-d%C9%99f%C9%99-da%C5%9F-at%C4%B1l%C4%B1b

