Azərbaycana uşaq arabasında qaçaqmal keçirmək istədilər
Dövlət Gömrük Komitəsinin keçirdiyi əməliyyatla Trabzon–Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşının çamadanlarına,əl yüklərinə və uşaq arabasına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən qanunvericiliyin tələbləri pozulmaqla ölkəyə keçirilməsinə cəhd göstərilən 334 qram qızıl-zinət əşyaları, 2 264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, eləcə də nişanlanmamış 1 200 ədəd siqaret aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycana-u%C5%9Faq-arabas%C4%B1nda-qa%C3%A7aqmal-ke%C3%A7irm%C9%99k-ist%C9%99dil%C9%99r

