Azərbaycana qrip əleyhinə vaksinlər gətirilib, peyvəndləməyə başlanılır
Payız-qış mövsümündə qrip və kəskin respirator virus infeksiyalarının yayılma ehtimalı artır. Səhiyyə Nazirliyi 6 aylıqdan yuxarı şəxslər üçün “Sanofi Pasteur” qrip peyvəndlərini ölkəyə gətirib. Oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir. Xüsusilə səhiyyə işçiləri, hamilə qadınlar və xroniki tənəffüs xəstəlikləri olan şəxslərin peyvənd olunması tövsiyə olunur. Peyvənd ödənişsizdir və dövlət tibb müəssisələrində aparılır.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycana-qrip-%C9%99leyhin%C9%99-vaksinl%C9%99r-g%C9%99tirilib-peyv%C9%99ndl%C9%99m%C9%99y%C9%99-ba%C5%9Flan%C4%B1l%C4%B1r