Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin və hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında iştirak etməsi müşahidə olunur. Media və Yayım Şurasının bəyanatında qeyd olunub ki, eyni orfoqrafik səhvlərlə və oxşar üslubda kütləvi paylaşımların edilməsi, şərhlərin təkrar yayılması, eləcə də ölkəyə aidiyyəti olmayan foto və videomaterialların montaj edilərək paylaşılması koordinasiyalı informasiya hücumlarının əlamətləridir. Azərbaycan dilində yaradılan həştəq altında qısa müddətdə 400-dən çox paylaşım edilməsi və eyni məzmunun müxtəlif hesablar vasitəsilə təkrar yayılması süni fəallıq yaradıldığını göstərir. Şura İran və Türkiyədən, xüsusilə Telegram və TikTok platformaları üzərindən Azərbaycana qarşı informasiya hücumlarının intensivləşməsindən narahatlığını ifadə edib və bu halları qətiyyətlə pisləyib.Bəyanatda vətəndaşlar, media qurumları və sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə, informasiya manipulyasiyalarına qarşı ayıq-sayıq olmağa çağırılıblar.

