Azərbaycan XİN vətəndaşları Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşları hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.Xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında riskli marşrutlarla hərəkət edən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaq təhlükəlidir.Qeyd edək ki, Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının da olduğu “CHELSEA-3” adlı xarici yük gəmisi hücuma məruz qalıb. Gəminin 15 nəfərlik heyətində olan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib.Onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və səhhəti nəzarətdə saxlanılır.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1-qara-v%C9%99-azov-d%C9%99nizl%C9%99rind%C9%99-g%C9%99mil%C9%99rd%C9%99-i%C5%9Fl%C9%99m%C9%99kd%C9%99n-%C3%A7%C9%99kinm%C9%99y%C9%99

