Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Peşəvər şəhərində məktəb binasının uçması nəticəsində şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı verib. Nazirliyin “X” sosial şəbəkə hesabında yayımladığı paylaşımda həlak olanların yaxınlarının dərdinə şərik olunduğu və faciədən zərər çəkənlərə hüzn ifadə edildiyi qeyd edilib.Xatırladaq ki, Peşəvərdə özəl məktəbin damının uçması nəticəsində azı 34 şagird və bir müəllim həyatını itirib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-pakistana-ba%C5%9Fsa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1-verib

