Vladimir Putin və Nikol Pashinyan arasında Moskvada keçirilmiş görüşdən sonra Rusiya rəsmilərinin açıqlamaları Azərbaycan tərəfinin narazılığına səbəb olub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Rusiya rəsmilərinin ictimai müzakirələr zamanı Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulması qəbuledilməzdir. Azərbaycan tərəfi Qarabağ mövzusundan siyasi spekulyasiya vasitəsi kimi istifadə olunmasının dayandırılmasını gözlədiyini bildirib.Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı ölkənin qərarına deyil, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu reallıq 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində bir daha təsdiqlənib. Rusiya daxil olmaqla heç bir ölkə heç vaxt Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.Ölkənin suverenliyinə aid məsələlərin digər dövlətlər arasında münasibətlərin müzakirə predmetinə çevrilməsi yolverilməzdir və bu cür yanaşmalardan çəkinilməsi gözlənilir.

