Azərbaycan XİN: 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub

44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Bu barədə Ermənistanla sərhəddə baş verən mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "X"də etdiyi paylaşımda bildirilib. "Minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir. Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir" - deyə paylaşımda qeyd olunub.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-44-g%C3%BCnl%C3%BCk-v%C9%99t%C9%99n-m%C3%BCharib%C9%99sind%C9%99n-bu-yana-412-n%C9%99f%C9%99r-mina-qurban%C4%B1-olub
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik