Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib
Nazirlər Kabinetinin qərarına əsasən, mayın 25-i saat 00:00-dan dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək. Bakı-Tbilisi qatarı hər gün saat 23:10-da Bakıdan yola düşərək səhər Tbilisiyə çatacaq. Tbilisidən Bakıya qatar isə axşam saat 21:00-da hərəkət edəcək. Gedişhaqqı isə Bakıdan Tbilisiyə minimum 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n%C4%B1n-d%C9%99miryol-n%C9%99qliyyat%C4%B1-vasit%C9%99sil%C9%99-g%C3%BCrc%C3%BCstana-giri%C5%9F-%C3%A7%C4%B1x%C4%B1%C5%9F%C4%B1na-icaz%C9%99

