Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Tokioya səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb. Azərbaycan və Yaponiya nəqliyyat infrastrukturu, təchizat zəncirləri və rəqəmsal bağlantı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu səfər hər iki ölkənin ikitərəfli münasibətləri daha da dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək əzmini nümayiş etdirir.Azərbaycan Yaponiyanın bütün vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-yaponiya-xin-r%C9%99hb%C9%99rl%C9%99ri-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb

