Azərbaycan və Türkiyə regiondakı proseslərlə bağlı koordinasiyanı davam etdirəcək.Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib ki, İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir. Ankara böhranın diplomatik yolla həllini dəstəkləyir.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bölgədəki təlatümlər və təhlükəsizlik çağırışlarının hər iki ölkəni narahat etdiyini deyib. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və regiondakı son prosesləri müzakirə ediblər.Hakan Fidan Azərbaycan-Ermənistan normallaşma prosesini yaxından izlədiklərini və Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb. Ceyhun Bayramov isə iki ölkə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlərin olduğunu qeyd edib.O, deyib ki, Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə və Avropa-Asiya bağlantısında xüsusi əhəmiyyəti var, dəhlizin Azərbaycan ərazisindəki avtomobil yolu layihəsinin təxminən 95 faizi, dəmir yolu layihəsinin isə 75 faizi artıq icra olunub.

