Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşünün yekununda sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan prezidentləri Birgə Bəyanatı və Məşvərət Görüşünün tənzimləyici sənədləri ilə bağlı Qərarı imzalayıblar.Bəyanatda Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakının əhəmiyyəti vurğulanıb. Tərəflər regional və beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq və davamlı inkişaf üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafı və regional nəqliyyat əlaqələrinin genişləndirilməsi prioritet kimi göstərilib. Dövlət başçıları oktyabrın 15-də Bakıda keçiriləcək AQEM sammitinə hazırlıq işlərini də yüksək qiymətləndiriblər.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-m%C9%99rk%C9%99zi-asiya-d%C3%B6vl%C9%99t-ba%C5%9F%C3%A7%C4%B1lar%C4%B1n%C4%B1n-8-ci-m%C9%99%C5%9Fv%C9%99r%C9%99t-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCnd%C9%99n-sonra-s%C9%99n%C9%99dl%C9%99r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik