Azərbaycan və Mərakeş parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb.Görüşdə Azərbaycanla Mərakeş arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Tərəflər parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edərək, komitələr və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyini bildiriblər.Görüşdən sonra iki ölkənin parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-m%C9%99rake%C5%9F-parlamentl%C9%99ri-aras%C4%B1nda-anla%C5%9Fma-memorandumu-imzalan%C4%B1b

