Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında Bakıda geniştərkibli görüş keçirilib.Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı, ticarət, iqtisadiyyat, nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində əməkdaşlıq müzakirə olunub.Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri və mina təhlükəsinin yaratdığı humanitar çətinliklər barədə məlumat verib.Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə deyib ki, Bakı və İrəvan arasında sülh regiona böyük perspektivlər gətirəcək.Estoniya Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesini dəstəkləyir. Tərəflər siyasi dialoqun və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

