Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanda aparılan bərpa işləri ilə tanış olublar
Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan rayonuna səfər ediblər. Onlara “Ağıllı kənd” modelinin ilk nümunəsi barədə məlumat verilib. Şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.Qeyd edək ki, iclasa Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən isə Aleksey Overçuk həmsədrlik edir. İclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri iştirak edir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-rusiya-h%C3%B6kum%C9%99tl%C9%99raras%C4%B1-komissiyas%C4%B1n%C4%B1n-%C3%BCzvl%C9%99ri-z%C9%99ngilanda-apar%C4%B1lan-b%C9%99rpa-i%C5%9Fl%C9%99ri

