Azərbaycan Qran-prisində kütləvi qəza olub, yarışda fasilə yaranıb
“Formula 2” üzrə Azərbaycan Qran-prisinin ilk əsas yarışında kütləvi qəza baş verib.Bir neçə bolidin iştirakı ilə baş verən insidentdən sonra trasda qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb.
Bundan başqa, “Prema Racing” komandasının pilotları Sebastian Montoya və Mari Boya da ilk əsas yarışda iştirak edə bilməyiblər. Montoya starta gedərkən insidentlə üzləşib, Boyanın bolidində isə texniki problem yaranıb və avtomobil trasdan təhlükəsizlik maşını ilə çıxarılıb.Hazırda yarış davam edir. Formula 2 üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-qran-prisind%C9%99-k%C3%BCtl%C9%99vi-q%C9%99za-olub-yar%C4%B1%C5%9Fda-fasil%C9%99-yaran%C4%B1b

