Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib
"Zirə" Azərbaycan Premyer Liqasının XII turunun açılış oyununda "İmişli" ilə 2:2 hesablı heç-heçə edib. Günün ikinci görüşündə saat 19:00-da "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Sabah saat 14:30 –da “Şamaxı” – “Turan Tovuz”, 17:00-da “Şəfa” – “Qəbələ”, 22 noyabr, saat 14:30-da “Araz-Naxçıvan” – “Neftçi”, 17:00-da “Kəpəz” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-premyer-liqas%C4%B1-zir%C9%99-xii-turun-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F-oyununda-imi%C5%9Fli-il%C9%99-he%C3%A7-he%C3%A7%C9%99-edib

