Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri bəlli olub
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C liqasında mübarizə aparacaq. Püşk zamanı ikinci səbətdə yer alan yığma III qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub. Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisinin-d%C3%A7-2027-nin-se%C3%A7m%C9%99-m%C9%99rh%C9%99l%C9%99sind%C9%99ki-r%C9%99qibl%C9%99ri-b%C9%99lli-olub

