Azərbaycan millisi Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək. Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisi-tacikistan-y%C4%B1%C4%9Fmas%C4%B1-il%C9%99-%C3%BCz-%C3%BCz%C9%99-g%C9%99l%C9%99c%C9%99k

