Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti qələbəsini qazanıb
Azərbaycanın futbol üzrə millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Mozambik yığmasını 4:1 hesabı ilə məğlub edib. Famil Xəlilovun komandası bu gün saat 19:30-da Vyetnamla qarşılaşacaq. Qeyd edək ki, mundial oktyabrın 30-dək Hövsan Yarış Kompleksində keçirilir. Turnirin finalı Bakı Kristal Zalında baş tutacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisi-fifa-u-15-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-n%C3%B6vb%C9%99ti-q%C9%99l%C9%99b%C9%99sini-qazan%C4%B1b

