Azərbaycan millisi ardıcıl 4-cü dəfə məğlub olub
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında növbəti oyununa çıxıb. Komanda dördüncü matçında estonlarla üz-üzə gəlib. Əvvəlki turlarda uduzan yığmamız yenidən məğlubiyyətlə üzləşib 1:3. Azərbaycan millisi dekabrın 9-da Gürcüstanla görüşəcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisi-ard%C4%B1c%C4%B1l-4-c%C3%BC-d%C9%99f%C9%99-m%C9%99%C4%9Flub-olub