Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
Azərbaycan kikboksinqçisi Ayxan Əzizov 24 ay müddətinə diskvalifikasiya olunub. Cəzaya səbəb idmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin aşkarlanması, eləcə də qadağan olunmuş maddə və ya üsuldan istifadə faktı olub. Sanksiya 1 oktyabr 2024-cü ildən qüvvəyə minib və 30 sentyabr 2027-ci il tarixində başa çatacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-kikboksinq%C3%A7isi-24-ayl%C4%B1q-diskvalifikasiya-olunub

