Azərbaycan karateçiləri beynəlxalq turnirdə 23 medal qazanıblar
Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş "Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazanıblar.Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-karate%C3%A7il%C9%99ri-beyn%C9%99lxalq-turnird%C9%99-23-medal-qazan%C4%B1blar

