Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsinə etiraz edib
Azərbaycanın ictimaiyyət nümayəndələri bəzi Qərb ölkələrində müharibə cinayətkarlarının "qurban" kimi təqdim edilməsinə qarşı Açıq Məktub yayıblar. Sənəddə bildirilib ki, Ruben Vardanyan və digər şəxslər ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməyə görə məhkum ediliblər. Müraciətdə Azərbaycanın öz ərazisində törədilmiş cinayətləri araşdırmaq və təqsirkarları məsuliyyətə cəlb etmək hüququnun beynəlxalq hüquqa əsaslandığı vurğulanıb. Açıq məktubda həmçinin müharibə qurbanlarının hüquqlarının qorunmasına və davamlı sülh üçün ədalətin təmin edilməsinin vacibliyinə diqqət çəkilib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-ictimaiyy%C9%99ti-m%C3%BCharib%C9%99-cinay%C9%99tkarlar%C4%B1n%C4%B1n-m%C3%BCdafi%C9%99sin%C9%99-etiraz-edib

