Azərbaycan heç vaxt heç bir ölkəyə qarşı iküzlülük və riyakarlıq göstərməyib.Dövlət başçısı bunu Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib.Azərbaycan öz siyasətini ləyaqətlə aparır və ölkənin əsas siyasi xətti dəyişməz olaraq qalır. Bu xəttə müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial daxildir.İlham Əliyev Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkəyə çevrildiyini, iqtisadi müstəqilliyini tam təmin etdiyini və öz taleyini özü müəyyənləşdirdiyini vurğulayıb.Dövlət başçısı hərbi gücün artırılmasının da əsas vəzifələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Zəfər qazanıb və bu gün ölkə ilə Ermənistan arasında münaqişə yoxdur. Buna baxmayaraq, hərbi gücün artırılması hər bir ölkə üçün həmişə vacibdir.Prezident Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi geosiyasi və təhlükəsizlik baxımından rolunun daha da artacağını da qeyd edib. "Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq.Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın", - deyə dövlətimizin başçısı vurğulayıb.

