Azərbaycan güləşçiləri Ermənistana gedəcəklər
Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək deflimpiyaçılar arasında Avropa çempionatında iştirak edəcəklər. Yarış noyabrın 25-dən dekabrın 1-dək baş tutacaq.Milli Deflimpiya Komitəsinin Avropa Karlar İdman Təşkilatının üzvü olması idmançılarımızın yarışda iştirakına imkan verir. Çempionatda böyüklər, gənclər və yeniyetmələr mübarizə aparacaqlar.Qadınlar arasında Avropa çempionatı bu il ilk dəfə təşkil olunacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri-erm%C9%99nistana-ged%C9%99c%C9%99kl%C9%99r

