Azərbaycan Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsini qətiyyətlə pisləyib. Məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi və gələcəkdə orada onun büstünün qoyulmasının nəzərdə tutulması Azərbaycan dini-mənəvi irsinə qarşı təxribatdır.QMİ qeyd edib ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilən Göy məscidin tarixinin saxtalaşdırılaraq İran məscidi kimi təqdim edilməsi yolverilməzdir.İdarə Ermənistan hökumətindən bu kimi halların qarşısının alınmasını tələb edib. Belə addımlar sülh prosesinə olan etimadı şübhə altına alır və yalnız revanşist qüvvələrin maraqlarına xidmət edir.Qeyd edək ki, İrəvanda Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi ad lövhəsinin açılışını edib.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-g%C3%B6y-m%C9%99scidin-m%C9%99rasim-zal%C4%B1na-erm%C9%99ni-%C5%9Fairin-ad%C4%B1n%C4%B1n-verilm%C9%99sin%C9%99-etiraz-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik