Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi
Azərbaycanın Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın təhsillə bağlı açıqlamasına etiraz edib.Nazirlik açıqlama yayıb ki, İran rəsmisinin fikirləri Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir və belə hallara yol verilməyəcək. Açıqlamada qeyd olunub ki, İranda təxminən 40 milyon etnik azərbaycanlının yaşadığı bildirilir, lakin onların ana dilində təhsil almaq imkanları məhduddur. Nazirlik İran rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrində Azərbaycan dilində təhsillə bağlı problemləri həll etməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-elm-v%C9%99-t%C9%99hsil-nazirliyi-iran-r%C9%99smisinin-a%C3%A7%C4%B1qlamas%C4%B1na-etiraz-etdi

