Azərbaycan boksçuları Dünya Kuboku statuslu turnirdə 4 medal qazanıblar
Gənc boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” turnirində Azərbaycan yığması 18 ölkə arasında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı əldə edən Rza Rzayev finalda Maksim Kirillovu 4:1 hesabı ilə məğlub edib.Heydər Əzməmmədov gümüş, Vüsal Xəlilov və Zaur Səmədov isə bürünc medala sahib olublar.Azərbaycan komandası komanda hesabında 3-cü yeri tutub.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-boks%C3%A7ular%C4%B1-d%C3%BCnya-kuboku-statuslu-turnird%C9%99-4-medal-qazan%C4%B1blar

