Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında iştirak edəcək. 8 gün davam edəcək yarışda ölkəmizi 23 idmançı təmsil edəcək. Ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək. Qeyd edək ki, turnir oktyabrın 18-də start götürəcək. Sabah yarışa yollanacaq komanda oktyabrın 26-da Bakıya qayıdacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-boks%C3%A7ular%C4%B1-avropa-%C3%A7empionat%C4%B1nda-i%C5%9Ftirak-ed%C9%99c%C9%99k

