Azərbaycan Basketbol Liqası: "Gəncə" evdə "Ordu" üzərində qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsində növbəti oyun keçirilib.“Gəncə” komandası ikinci qarşılaşmada “Ordu”nu 85:78 hesabı ilə məğlub edib.İlk oyunda “Ordu” qalib gəldiyindən yarımfinala vəsiqə üçün qalib üçüncü matçda müəyyənləşəcək.Günün digər görüşündə isə saat 19:00-da NTD ilə “Neftçi” komandaları üz-üzə gələcək. 1/4 final mərhələsində yarımfinala yüksələn komandalar iki qələbə əsasında müəyyən olunur.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-basketbol-liqas%C4%B1-g%C9%99nc%C9%99-evd%C9%99-ordu-%C3%BCz%C9%99rind%C9%99-q%C9%99l%C9%99b%C9%99-qazan%C4%B1b

