Azərbaycan ABŞ-nin Cənubi Qafqazdakı etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “NewsMax”a müsahibəsində deyib.ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində səyləri Cənubi Qafqazın strateji mənzərəsini dəyişib və Bakı ilə Vaşinqton arasında münasibətlərdə yeni dövr açıb.Hikmət Hacıyev bildirib ki, Donald Tramp və Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıqda yeni mərhələnin başlanmasını təklif edib. Tərəflər həmçinin strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-ab%C5%9F-nin-c%C9%99nubi-qafqazdak%C4%B1-etibarl%C4%B1-t%C9%99r%C9%99fda%C5%9F%C4%B1d%C4%B1r-hikm%C9%99t-hac%C4%B1yev

