Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib.Xarici İşlər Nazirliyindən bildirilib ki, noyabrın 10-da Üçüncü Komitənin iclasında qəbul olunan sənədə 63 dövlət həmmüəllif kimi qoşulub.Azərbaycan bu təşəbbüsü ilk dəfə 2002-ci ildə irəli sürüb.Qətnamədə silahlı münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görməyə, dövlətlər isə bu istiqamətdə əməkdaşlığı gücləndirməyə çağırılır.Sənəddə, həmçinin fərdi, kollektiv və kütləvi məzarlıqların müəyyənləşdirilməsi və qorunması, eləcə də itkin düşmüş şəxslər məsələsinin sülh proseslərinə daxil edilməsinin vacibliyi vurğulanır.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-t%C9%99%C5%9F%C9%99bb%C3%BCs%C3%BC-il%C9%99-ir%C9%99li-s%C3%BCr%C3%BClm%C3%BC%C5%9F-q%C9%99tnam%C9%99-bmt-komit%C9%99sind%C9%99-q%C9%99bul-edilib

