Azərbaycanın Qazax və Qazaxıstanın Taraz şəhərləri qardaşlaşıb
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində Azərbaycanın Qazax şəhəri ilə Qazaxıstanın Taraz şəhəri arasında qardaşlaşma protokolu imzalanıb. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, bu rəmzi addım iki xalq arasında tarixi və mədəni əlaqələri əks etdirir və qardaşlıq münasibətlərini daha da gücləndirir. Protokol Azərbaycan və Qazaxıstan arasında dostluq və strateji əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-qazax-v%C9%99-qazax%C4%B1stan%C4%B1n-taraz-%C5%9F%C9%99h%C9%99rl%C9%99ri-qarda%C5%9Fla%C5%9F%C4%B1b