Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq

Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş ərazilərin mineral resurs potensialının xəritəsi hazırlanacaq.Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı layihəsinə həsr olunmuş müşavirədə deyilib ki, hazırda 15 min kvadratkilometr ərazidə mineral resursların axtarışı və qiymətləndirilməsi aparılır. İşlərin 2027- ci ildə başa çatdırılması planlaşdırılır.10 perspektivli qızıl-mis sahəsində və 5 yataqda kəşfiyyat işləri davam edir. Üç yatağın isə istismara hazırlanması nəzərdə tutulur.İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, “Daşkəsən” dəmir filizi layihəsi çərçivəsində filizin çıxarılması, zənginləşdirilməsi və pelet istehsalı müəssisələri yaradılacaq. Həmçinin isti briketlənmiş dəmir zavodunun qurulması planlaşdırılır.Məqsəd dəmir filizindən hazır məhsula qədər yerli istehsal zənciri yaratmaq və ixracı artırmaqdır.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-mineral-resurs-potensial%C4%B1n%C4%B1n-x%C9%99rit%C9%99si-haz%C4%B1rlanacaq
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik