Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək
Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında nəzərdə tutulub. 2026–2030-cu illərdə mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, ölkənin mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisi təmin ediləcək. İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-m%C9%99d%C9%99niyy%C9%99t-d%C9%99y%C9%99rl%C9%99rin%C9%99-dair-f%C9%99nn-t%C9%99dris-edil%C9%99c%C9%99k

