Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu göstərici Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edir. Yanvar ayında Ermənistandan Azərbaycana ixrac qeydə alınmayıb.Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Bu ilin yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil yanacağı idxal edib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-erm%C9%99nistana-yanvardak%C4%B1-ixrac%C4%B1n%C4%B1n-%C3%BCmumi-d%C9%99y%C9%99ri-a%C3%A7%C4%B1qlan%C4%B1b

